RU

Şahzadə Harrinin müsahibəsi kral sarayının qəzəbinə səbəb oldu - FOTOLAR

BAKI, 6 may. TELEQRAF

Britaniyanın "BBC" Teleradio şirkətinə açıqlamlarında şahzadə Harri bir sıra maraqlı məqamlara toxunub.

Teleqraf xəbər verir ki, o, kral ailəsi ilə barışmaq istəyindən danışıb və bildirib ki, ona sui-qəsd hazırlanır.

Harri xüsusən atasının səhhətindən narahat olduğunu deyib. Xatırladaq ki, ötən il Kral III Çarlza xərçəng diaqnozu qoyulub. Nə qədər ki sağdır, Harri atası ilə barışmaq istəyir və bunun üçün gec olacağından qorxur: "Atamın nə qədər ömrü qalıb, bilmirəm. O, mənasız təhlükəsizlik məsələsinə görə mənimlə danışmaq istəmir".

Harri "mənasız təhlükəsizlik" deyərkən, o, ABŞ-a köçdükdən sonra dövlət mühafizəsindən məhrum olunmasını səbəbindən davam edən məhkəmə iddiasını nəzərdə tutur. O, uzun illərdir ki, bu mövzuda məhkəmələrdə məğlub olur. Atası isə, oğlıuna kömək üçün ədliyyə sisteminə "ağız açmalıdır", bu isə krala başucalığı gətirmir.

Şahzadə Harri anası Diananın ölümünün təsadüfi olmadığını düşünür. Qeyd edək ki, şahzadə Diana 31 avqust 1997-ci ildə qəza nəticəsində vəfat edib. Milyarder Dodi Əl Fayedlə birlikdə getdiyi avtomobili paparassilər təqib edirmiş. Sürücü onlardan uzaqlaşmağa çalışarkən, tunelin divarına çırpılıb. Diana və sevgilisi qəzada həlak olublar.

Müsahibədə şahzadə qəzanın onun anasını aradan qaldırmaq üçün "səhnələşdirildiyinə" eyham vurub. Harri bu işdə kimin əli olduğunu da bilir: "Hələlik bu məlumatı açıqlamayacağam, amma bu prosesdə iştirak edənlərin hamısının adlarını bilirəm".

Şahzadənin sözlərinə görə, indi də onun özünə sui-qəsd hazırlanır. Onu elə buna görə dövlət mühafizəsindən məhrum ediblər. "Onlar təkcə məni mühafizəçisiz qoymayıblar, həm də dünyanın bütün hökumətlərinə bizi qorumaq lazım olmadığı ilə bağlı siqnal göndərdilər".

Müsahibə Britaniya kral ailəsini şoka salıb və qıcıqlandırıb. Onun dediklərini bayağı və təhqiramiz sayıblar. Şayiələrə görə, Harri cəza olaraq "Zati aliləri" tutulundan məhrum edilə bilər.

III Çarlzın xəstəliyinin qeyd edilməsi monarxın qaçılmaz ölümünə işarə hesab olunub, sui-qəsd cəhdi ilə bağlı sözlər isə az qala kral ailəsinə qarşı ittihamdır. Üstəlik, Harri anası Diana ilə bağlı sui-qəsd məsələsində də günahı ya nənəsi Kraliça II Yelizavetanın, ya da atası Çarlzın üzərinə atmış olur.

Избранный
0
teleqraf.com

1Источники