RU

“Met Gala”dan ilk kadrlar

Hazırda Nyu-Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyində “Met Gala” keçirilir.

OLAY yazır ki, tədbirdən ilk kadrlar xarici mediada yayılıb.

Dünya ulduzları fərqli görünüşləri ilə qırmızı xalıdan keçid etməyə başlayıb. 

Qeyd edək ki, bu gecənin konsepti “Superfine: Tailoring Black Style”dır (“Əla: Qara üslubun tərzi”). Mövzu  qaradərili kişilərin şəxsiyyətlərinin formalaşmasında rol oynayan geyim və üsluba həsr olunacaq və 18-ci əsrdən bu günə qədər olan dövrü əhatə edir.

Mövzu Kolumbiya Universitetinin Barnard Kollecinin Afrika Araşdırmaları professoru Monika Millerin “Moda qulları” kitabından ilhamlanıb.

Избранный
0
1
olay.az

2Источники