BAKI, 6 may. TELEQRAF
Pakistan münaqişənin gərginləşməsini istəmir, amma biz öz suverenliyimizi müdafiə etməyə hazırıq.
Teleqraf xəbər verir ki, ölkənin BMT-dəki xüsusi nümayəndəsi Asim İftixar Əhməd belə deyib.
Onun fikrincə, iki ölkə arasında gərginliyin artması Hindistanın günahıdır.
Mayın 5-də BMT Təhlükəsizlik Şurası Hindistan və Pakistanla bağlı məsələlər üzrə fövqəladə qapalı məsləhətləşmələr keçirəcək. Görüş Pakistan tərəfi tərəfindən tələb olunub.
İki ölkə arasında münasibətlərin kəskinləşməsi aprelin 22-də Kəşmirdə baş verən terror aktından sonra başlayıb.