Azərbaycanla iqtisadi əlaqələr üç illik durğunluq dövründən sonra yenidən canlanır. Bunu İranın yollar və şəhərsalma nazirinin baş müşaviri Amin Taraffo deyib. İran rəsmisi bildirib ki, "2025-ci ilin fevralında keçirilən bir sıra ikitərəfli görüşlər və birgə iqtisadi komissiyanın nəticələrinə görə, iqtisadi və nəqliyyat əlaqələri sahəsində mühüm irəliləyiş əldə olunub.
Bu proses İran prezidentinin 2025-ci ilin mayında Bakıya səfərindən sonra daha da sürətləndi. Yollar və şəhərsalma naziri ikitərəfli əməkdaşlığın bütün sahələrini, xüsusilə ticarət, enerji, neft və qaz, bank işi və iki ölkə arasında ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.İranlı müşavirin fikrincə nazirin Azərbaycan prezidenti ilə müzakirələr zamanı təqdim etdiyi İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması təklifi daha bir irəliləyiş oldu. Bu təşəbbüs Azərbaycan rəsmiləri tərəfindən güclü dəstək aldı. Nazirin səyləri İran, Azərbaycan və Gürcüstanın TRACECA-da ortaq üzvlüyünə də uyğundur”.- deyə Amin Taraffo yekunlaşdırıb.
Surxay Əliyev