Bank hesabları dörd əsas növə ayrılır: cari hesablar, subhesablar, əmanət hesabları və müxbir hesablar.
Heftelik.az-ın məlumatına görə, bu, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında əksini tapıb.
Cari hesablar, müxtəlif hüquqi və fiziki şəxslər üçün açılır. Subhesablar isə yalnız hüquqi şəxslərin kənarda yerləşən struktur bölmələri üçün nəzərdə tutulur. Əmanət hesabları, müştərilərin əmanətlərini cəlb etmək üçün açılır. Müxbir hesabları, bankların öz əməliyyatlarını yerinə yetirməsi üçün açılır. Bu hesablar həm yerli, həm də xarici banklar üçün vacibdir.