RU

“Milan” iki dəqiqəyə oyunun taleyini həll etdi

BAKI, 6 may. TELEQRAF

İtaliya çempionatının 35-ci turunda “Milan” səfərdə “Cenoa” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Teleqraf xıbər verir ki, Genuya şəhərindəki “Luici Ferraris” stadionunda baş tutan matçda hesabı 61-ci dəqiqədə “Cenoa”nın hücumçusu Vitor Oliveyra açıb.

Oyunun 76-cı dəqiqədə qonaqların hücumçusu Rafael Leao hesabı bərabərləşdirb. 77-ci dəqiqədə qonaqlar “Cenoa”nın yarımmüdafiəçisi Morten Frennrupun avtoqolu sayəsində qələbə qazanıblar.

Hazırda “Milan” 35 matçdan sonra 57 xalla 9-cu pillədə qərarlaşıb. Aktivində 39 xalı olan “Cenoa” 13-cü yerdədir.

Избранный
0
teleqraf.com

1Источники