RU

Sonuncu günündə Zelenskiyə zəng etdi

Olaf Şolts Almaniya kansleri kimi son günündə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebestreyt bildirib.

“Kansler Şolts bu gün günortadan sonra, səlahiyyət müddətinin sonunda Zelenski ilə telefonla danışıb”, - o vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, Şolts Zelenskiyə sıx əməkdaşlığa görə təşəkkür edib:

“O qeyd etdi ki, Almaniya lazım olduğu müddətdə Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda Ukraynanı dəstəkləməyə davam edəcək”.

"Cebheinfo.az" 

Избранный
0
3
cebheinfo.az

4Источники