RU

Yakutların “Ayta” filminin yayım sertifikatı niyə ləğv edilib?..

Sia Az saytına istinadən ain.az xəbər verir.

Roskomnadzor filmdə millətçilik əlamətlərini və “Rusiya xalqlarının birliyi prinsiplərinə zidd olan dağıdıcı məlumatların” olduğunu aşkar edib…

...Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova bildirib ki, yakut rejissoru Stepan Burnaşevin “Ayta” filmi tamaşaçıların çoxsaylı şikayətlərinə görə yayım sertifikatından məhrum edilib.

O qeyd edib ki, millətlərarası qarşıdurma mövzusuna hər hansı istinad Rusiya cəmiyyətində mənfi reaksiyaya səbəb olur.

Filmə onlayn platformalarda baxmağı bacaran tamaşaçılardan daxil olan yüzlərlə şikayəti bununla izah edir.

Müxtəlif kinofestivallarda nümayiş olunan “Ayta” filminin yayım sertifikatının ləğvindən əvvəl Roskomnadzordan Burnaşevin filminin Rusiyanın onlayn kinoteatrlarından çıxarılması tələbi irəli sürülüb.

SİA-nın məlumatına görə, filmin süjeti məktəbli qızın intiharı üzərində qurulub və yakutlar buna görə rus polisi Afonyanı günahlandırırlar.

İnsanlar linç etməyə hazır olanda məlum olur ki, günahkar əslində polis məmurunun adaşı - qonşu kənddən olan yakut məktəblisidir.

Rusların dediyinə görə, Roskomnadzor filmdə millətçilik əlamətlərini və “Rusiya xalqlarının birliyi prinsiplərinə zidd olan dağıdıcı məlumatların” olduğunu aşkar edib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники