BAKI, 5 may. TELEQRAF.
ABŞ-nin "Pulitser" mükafatının Təşkilat komitəsi Nyu Yorkdakı Kolumbiya Universitetində qalibləri elan edib.
“Cəmiyyətə xidmət” kateqoriyasında qalib Nyu-Yorkda yerləşən ProPublica qeyri-kommersiya jurnalist araşdırma təşkilatı olub. Mükafat ABŞ-da abortun qismən qadağan edilməsinin nəticələri haqqında reportaja görə verilib.
“Washington Post” qəzetinin jurnalistləri “2024-cü il iyulun 13-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdini tez və gözəl işıqlandırdıqlarına görə” bu mükafatı qazanıblar.
"Wall Street Journal"-ın əməkdaşlarına "Milli Reportaj" mükafatı verilib. Müxbir Deklan Uolş və “New York Times” “Sudandakı münaqişəni ifşa edən araşdırmalarına” görə “Xarici reportaj” mükafatını əldə ediblər.
Pulitser mükafatı hər il Nyu-Yorkda verilir və builki qaliblər 109-cu dəfə elan edilib.