Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxacaq.
İdman.biz xəbər verir ki, o, "Rizin" turnirində Yaponiya təmsilçisi Syuya Kimura ilə üz-üzə gələcək.
MMA qaydaları üzrə keçiriləcək yarışın iyunun 14-də Sapporoda (Yaponiya) təşkili planlaşdırılır. 66 kq çəki dərəcəsində yarışacaq Vüqar qələbə sayəsində kəmər uğrunda döyüşmək hüququ qazanacaq.
Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 9 döyüşdə 6 qələbə qazanıb. Ümumilikdə isə idmançımız 26 qarşılaşmada 20 dəfə qalib gəlib.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.