RU

Tramp o fotodan DANIŞDI: “Bunu mən etməmişəm” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı onun Roma Papası libasında əks olunduğu məşhur memə (mem: internetdə sürətlə yayılan, adətən zarafat, tənqid və ya ironiya məqsədi daşıyan şəkil, video, mətn və ya başqa bir vizual/audial material) münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bu görüntü ilə heç bir əlaqəsi olmadığını deyib: “Katoliklərə bu xoş gəlib. Mənim bununla heç bir əlaqəm yoxdur, kim isə məni papa geyimində fotoshop edib və internetə yerləşdirib. Bunu mən etməmişəm. Haradan çıxdığını bilmirəm, bəlkə də süni intellekt yaradıb. Mənim bu barədə heç bir məlumatım yoxdur… Əslində, xanımım bu görüntünü şirin hesab etdi”.

Sky News-un məlumatına görə, Tramp bu açıqlamanı prezidentlik kampaniyası çərçivəsində keçirilən tədbirlərdən birində jurnalistlərə verib.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
12
icma.az

10Источники