RU

Toni Kroos: “Pedri Lamin Yamal və Robert Levandovski kimi oyunçulardan daha vacibdir”

Almaniya millisi və "Real Madrid"in sabiq futbolçusu Toni Kroos yerli mətbuata bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, veteran yarımmüdafiəçi "Barselona"da çıxış edən Pedrinin dəyərli bir oyunçu olduğunu vurğulayıb:

“Məncə, Pedri Lamin Yamal və Robert Levandovski kimi oyunçulardan daha vacibdir. Onlar matçların nəticələrinə təsir edə bilərlər, amma Pedri hazırda dünyada öz mövqeyində ən yaxşı oyunçudur. O, meydanda olmadıqda yoxluğunu hiss edəcəyiniz biridir. Təkcə qol vurub assist etmir, matçın gedişatını dəyişdirməyi bacarır. Çempionlar Liqasında hər oyunda qarşısında oynadığı rəqibdən daha yaxşı idi. Öz mövqeyində boşluq olmadığı halda topla hərəkət edərək rəqibi keçə bilən nadir yarımmüdafiəçilərdəndir. Onun kimi futbolçular meydançanın hər hissəsində sizə kömək edə bilər".

Premyer Liqanı A Seriyasına dəyişə bilər

“Bayer” “Bavariya”ya çatdı

"Liverpul" yetirməsi ilə vidalaşır - 10 il sonra klubdan ayrılır

Günün oyunları bu kanallarda

Bundesliqada baş məşqçi ayrılığı: Martda gəldi, mayda göndərildi

Избранный
0
2
apasport.az

3Источники