RU

Qərbi Azərbaycan Xronikası: Moskva elitası ermənilərin himayədarına çevrilmişdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, professor Həsən Bayramov olub. O, Qərbi Azərbaycandakı təhsil ənənəsindən söhbət açıb. Bildirib ki, istər İrəvan xanlığı dövründə, istərsə də çar Rusiyası və sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpağında bir sıra təhsil müəssisələri fəaliyyət göstərib.

Professorun sözlərinə görə, İrəvan sosial, mədəni, iqtisadi cəhətdən Azərbaycanın inkişaf etmiş regionu olub. Bu bölgədə təhsilin tarixi bir neçə mərhələni təşkil edib. Birinci mərhələ xristianlığın mövcud olduğu dövrə, ikinci mərhələ İslam dininin yayıldığı illərə təsadüf edib. İrəvan xanlığının 1828-ci ildə çar Rusiyası tərəfindən işğalı ilə ərəb-fars dilində müsəlman təhsili rus dilində təhsillə əvəz olunub. Bu məqsədlə bölgədə rusdilli təhsil müəssisələri yaradılıb.

Alim qeyd edib ki, bütün bu mərhələlərə keçid azərbaycanlılar üçün müxtəlif ağrı-acılarla yadda qalıb. Əvvəlcə qəza məktəbləri, ardınca gimnaziya və progimnaziyalar, İrəvan Müəllimlər Seminariyası, sovet təhsil sisteminin tərkibində isə sovet məktəbləri yaradılıb. Ermənilər hər vəchlə sıxışdırdıqları azərbaycanlıların təhsil almasını əngəlləmək üçün bütün bu mərhələlərdə müxtəlif əngəllər törədiblər. Hətta o dövrdə Tbilisi Azərbaycan, Ermənistan və Gürcüstanın mərkəz şəhəri olmasına baxmayaraq, seminariyanı ucqar Qoridə açıblar ki, azərbaycanlıların təhsilə əli çatmasın.

H.Bayramov qeyd edib ki, sovet hakimiyyəti illərində azərbaycanlıların Ermənistanda sayının azaldılması üçün xüsusi dövlət siyasəti həyata keçirilib. Təəssüf ki, bu zaman Moskva elitası ermənilərin himayədarına çevrilib. Ermənilər bu imkandan yararlanaraq azərbaycanlı kadrlara iş imkanı yaratmayıb, soydaşlarımızı mənəvi terrora məruz qoyub, onları zaman-zaman ata-baba yurdlarından didərgin salıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Moskva elitası ermənilərin himayədarına çevrilmişdi"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники