İsrailin Yəmənin husilərin nəzarətində olan Əl-Hodeyda əyalətində sement fabrikinə endirdiyi zərbələr nəticəsində azı 21 nəfər yaralanıb.
“Report” SABA agentliyinə istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyi məlumat yayıb.
“İlkin məlumata görə, ABŞ və İsrailin "Badjel" sement zavoduna endirdiyi zərbələr nəticəsində 21 mülki şəxs yaralanıb”, - açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə güclü zərbələr endirməyə başlayıb.