Moskva "Dinamo"sunun sabiq qapıçısı Anton Şunin karyerasını bitirmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “Championship” məlumat yayıb.
“Dinamo” rəhbərliyi Şuninlə 2024-cü il iyunun 30-da başa çatan müqaviləni yeniləməyib. Mətbuat Moskva yaxınlığındakı “Ximki”nin təcrübəli qapıçı ilə müqavilə imzalamağa hazır olduğunu yazıb.
37 yaşlı qolkiper "Dinamo"nun yetirməsidir və 2007-ci ildə komandada debüt edib.