RU

Böyük insanlar yalnız böyük siyasət həyata keçirə bilirlər

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın dilbər guşəsi Qarabağa təşkil olunan səfərlər nəticəsində görülən yenidənqurma və bərpa işləri ilə yaxından tanış olduqdan sonra genişmiqyaslı layihələrin həyata keçirildiyini görəndə bölgənin sürətlə dirçəldiyinin şahidi olursan.İnfrastruktur layihələri: yolların, tunellərin inşası, hava limanlarının inşası və istifadəyə verilməsi, dəmir yol xətlərinin tikintisi, tarixi abidələrin restavrasiyası, enerji infrastrukturunun və yaşıl enerji zonasının yaradılması, su elektrik stansiyaları, günəş və külək enerji layihələri. Sosial obyektlər - məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər ictimai obyektlərin inşası; bütün bunlar müasir standartlara uyğun həyata keçirilir. Əhalinin qaytarılması, Böyük Qayıdış Proqramına uyğun olaraq həyata keçirilir.İnsanlarımızın doğma yurdumuza, qazandığımız zəfərdən sonra Zəfər yolu ilə ləyaqətlə qayıdışını yaşamaq qədər böyük xoşbəxtlik hissi ola bilməz. Sistemli şəkildə həyata keçirilən bu layihələr regionda yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki bütün layihələr və nəzərdə tutulan proqramlar Azərbaycan hökumətinin bölgənin sürətli inkişafı üçün məqsədyönlü olaraq hazırlanıb. Bu, ölkəmizin siyasi baxımdan dünyaya verdiyi bir mesajdır: Biz öz torpaqlarımızı, öz vətənimizi müasir dünya sivil cəmiyyət standartlarına uyğun inkişaf etdiririk. Həmçinin, yalnız öz ölkəmiz üçün deyil, həm də tərəfdaş və obyektiv düşünən dövlətlərin faydalanması üçün perspektivli və vacib olan münasibətlər sistemini möhkəmləndirən dərin siyasi qərarlar qəbul etmişik. Ümumilikdə, regionlarımızın inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir. Buna görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi strateji və akademik yanaşma ilə məqsədlərimizi müəyyən edib, milli prioritet kimi fundamental şəkildə həyata keçirilir. Təbii ki, iş olan yerdə nöqsanlar olur. Bu, danılmaz faktdır. Lakin bu miqyasda görülən işlər, gələcəkdə bizim üçün qüdrətli və güclü bir dövlətin siyasi və diplomatik zəfərləri ilə yanaşı, zəfər yollarımızı da açacaq. Bu yollar, bizim milli ideologiyamızın sürətlə dünya ölkələrində yayılması, maraqlarımızın təmin edilməsi üçün yeni dünya nizamına maneəsiz və qürurla hərəkət etməyimizə hesablanan ciddi addımlardır.Qarabağ səfərlərinin fəlsəfi-siyasi mahiyyəti də ondan ibarətdir ki, bütün siyasi və ictimai xadimlər həmrəy və birlik nümayiş etdirərək, milli məsələlərdə maraqlarda bərabər addımlamaq istəyini ortaya qoyurlar. Bu, “Biz birlikdə güclüyük” iradəsinin əyani göstəricisidir. Torpaqların azad olunmasında qəhrəmanlıq göstərən şəhidlərimizin ruhuna ehtiramımızı, qazilərimizə minnətdarlığımızı, dövlətçilik ənənələrimizə sadiqlik nümayiş etdirərək onların xatirəsini həmişə uca tutmalıyıq.Bu, bizim prinsipial və dönməz milli yolumuzdur. Bu yolda bütün Azərbaycan xalqına uğurlar arzu edirəm. Bu gün dövlətimizin siyasi dayaqlarını möhkəmləndirərək, milli ideologiyasını və maraqlarını təmin etmək üçün strateji düşüncələrlə həyata keçirdiyi uğurlu diplomatiyanın banisi İlham Əliyevdir. Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri gələcək nəsillərin iqtisadi və sosial təminatı üçün nəzərdə tutulmuş böyük siyasətin tərkib hissəsidir.Böyük insanlar yalnız böyük siyasət həyata keçirə bilirlər.Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники