ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
ABŞ öz ölkəsinə qayıtmaq istəyən qeyri-qanuni mühacirlərə 1000 dollar dəstək verəcək.
ABŞ-da Donald Tramp administrasiyası öz istəkləri ilə ölkələrinə qayıdan qeyri-qanuni mühacirlərə 1000 dollar yardım edəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamaya görə, federal hökumət qeyri-qanuni mühacirlərin geri qayıtmasını sürətləndirmək üçün yeni addım atır.
Müvafiq olaraq, administrasiya qeyri-qanuni olaraq ABŞ-da olan və öz ölkələrinə qayıtmaq istəyən qeyri-qanuni mühacirlərə “səyahət yardımı” kimi 1000 dollar verəcək.
Nazirlik ümid edir ki, bu dəstək sayəsində bəzi qeyri-qanuni miqrantlar öz ölkələrinə daha tez qayıtmağa qərar verəcəklər.
Tramp vəzifəyə gəldiyi gün, yəni yanvarın 20-də imzaladığı sərəncamla qeyri-qanuni mühacirlərin ABŞ-Meksika sərhədinə daxil olmasının tamamilə qarşısını almaq üçün milli fövqəladə vəziyyət elan etdi və bu tarixdən sonra sərhəddə tutulan insanlar deportasiya olunmağa başladı.
Məryəm
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.