RU

“Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” elmi konfrans

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda respublika elmi konfransı keçirilir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə, xüsusilə geologiya sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, Azərbaycanda geologiya elminin, xüsusilə neft-qaz yataqlarının işlənməsi, mineral xammal ehtiyatlarının öyrənilməsi, dağ-mədən sənayesinin, seysmologiyanın inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda aparılmış məqsədyönlü siyasət nəticəsində öz mineral resurslarımızdan istifadə təşəkkül tapıb. Çətin bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın inkişafını səciyyələndirən əsas amillərdən biri kimi tarixə yazılıb.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və elminin inkişafındakı misilsiz rolundan bəhs edib. Bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində elmi kadr hazırlığı və ali təhsil sistemində əsaslı dönüş yaranıb, Bakı Dövlət Universiteti isə bu strategiyanın mərkəzi pilləsində qərar tutub. Universitet Azərbaycanın ilk və aparıcı ali təhsil müəssisəsi kimi ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb. Aydın Hüseynov əlavə edib ki, Ulu Öndər Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin elmi əsaslarla araşdırılması və qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə Ulu Öndərin təbii sərvətlərin qorunması və səmərəli istifadəsi istiqamətində həyata keçirdiyi siyasətdən, onun geologiya və faydalı qazıntılar sahəsindəki uzaqgörən strategiyasından söz açıb. O, bu siyasi və iqtisadi xəttin indi də aktual olduğunu və elmi inkişafın mühüm dayağına çevrildiyini vurğulayıb.

Daha sonra Seysmologiya və yer təkinin fizikası kafedrasının professoru Vaqif Qədirov və Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadənin Azərbaycanın və Rusiyanın neft yataqlarında bir quyuya düşən illik hasilatın lokal dəyişmələri və bu dəyişmələrin dinamikası, Yer kürəsinin geoxronoloji cədvəl üzrə formalaşması və geoloji inkişaf mərhələlərinə dair elmi məruzələri dinlənilib.

Konfrans işini sabah yekunlaşdıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники