RU

Hindistan müdafiəni gücləndirir

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Baş naziri Modi Hərbi Hava Qüvvələrinin rəisi Sinq ilə görüşüb.

News24.az “Times of India”ya istinadən xəbər verir ki, Sinq Modi ilə görüşündə hava hücumundan müdafiə şəbəkəsinin yüksək hazırlıq vəziyyətində olması barədə məlumat paylaşıb.

Modiyə qərb sərhədi boyunca uzaq mənzilli uçuşlar həyata keçirən qüvvələrin əməliyyat hazırlığı barədə məlumat verən Sinq, bölgədəki hava bazalarında Əməliyyata Hazırlıq Platformalarının (ORP) sayının artırıldığını qeyd edib.

Qeyd edək ki, Hindistanın çoxməqsədli “Rafale” qırıcıları 300 kilometrdən çox mənzilə malik “Skalp” qanadlı raketləri və 120-150 kilometr məsafə qət edə bilən təkmil “Meteor” raketləri ilə təchiz edilib.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
0
1
icma.az

2Источники