RU

İngiltərə basketbol klubunun baş direktoru: Azərbaycanlı məşqçi ilə işləmək çox xoşdur

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Reading, 5 may, AZƏRTAC

İngiltərənin Milli Basketbol Liqasının (NBL) 1-ci divizionunda çıxış edən “Reading Rockets”in baş icraçı direktoru (CEO) və təsisçilərindən biri Matt Conson AZƏRTAC-a müsahibəsində klubun yaranma tarixindən, uğurlarından və azərbaycanlı baş məşqçi Samit Nuruzadə ilə əməkdaşlıqdan danışıb.

“Reading Rockets artıq 27 ildir fəaliyyət göstərir. Klubu atam, anam və mən yaratmışıq. Son illərdə bacım və həyat yoldaşım da klubun işinə qoşulub. Bu, tam bir ailə klubudur”, – deyə Matt Conson bildirib.

O qeyd edib ki, azərbaycanlı baş məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi kişiilərdən ibarət komanda İngiltərənin NBL 1-ci divizionunda çıxış edir və klubun əsas struktur hissəsini təşkil edir: “Klubumuz İngiltərədə kifayət qədər tanınır. Biz İspaniya, Fransa və İtaliya kimi Avropa ölkələrinin basketbol modeli üzərində işləyirik. Bu il üç müxtəlif çempionluq qazandıq. Qələbə hər şey deyil, amma hər şeyi gözəlləşdirir”.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən Matt Conson qeyd edib ki, azərbaycanlı məşqçi ilə işləmək çox xoşdur. Bildirib ki, Samit Nuruzadə doğma ölkəsindən daim böyük ehtiramla danışır.

“Onun ailəsi ilə tez-tez əlaqə saxlayırıq. Azərbaycan haqqında bizə çox danışır. Formula 1 Qran-prisi, basketbol çempionatları, idman sahəsindəki inkişaf barədə də məlumatlıyıq. Bakı və Azərbaycan haqqında eşitdiklərimiz ölkəyə marağımızı artırır”, – deyə M. Conson vurğulayıb.

Gələcək planlardan danışan klub rəhbəri bildirib ki, məqsəd yeni nəsil oyunçuların yetişdirilməsi və “Reading Rockets”in növbəti liqalarda da uğurla təmsil olunmasıdır: “Gələcəyə yönəlik məqsədimiz daim inkişaf və daha yüksək nəticələrdir”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
icma.az

1Источники