RU

Rus səfir "müdrik" sözü altında erməni cəmiyyətini hakimiyyətə "təzyiqlərə" çağırdı...


Erməni mediasının bəh-bəhlə dərc etdiyi bu müsahibə əslində erməni cəmiyyətinin rus səfiri tərəfindən təhqir olunmasını ifadə edir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində deyib ki, mən bir faktı qeyd edəcəm ki, ölkələrimizi açıq-aşkar və kobud şəkildə “ayrılmağa”, qarşıdurmaya sürükləyirlər:

"Bu çirkin vəzifənin həlli üçün müxtəlif siyasi manipulyasiyalardan, informasiya əməliyyatlarından, açıq-aşkar yalan və böhtanlardan istifadə edilir. Bunun arxasında kimin dayandığı, eləcə də onların “Rusiyanın strateji məğlubiyyəti” ilə bağlı vəsvəsələri də məlumdur. Biz kimin əsl dost, kimin düşmən olduğunumükəmməl dərk edən erməni xalqının müdrikliyinə arxalanırıq".

Səfirin bu sözləri Ermənistanda əhalini Paşinyana qarşı fəal hərəkətlərə səsləmək deyilmi?

Əlbəttə, hazırda Paşinyan komandası qarşısına məqsəd qoyub ki, Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb, ölkəni Avropa İttifaqına daxil etsin. Artıq Ermənistanda bununla bağlı qanunu parlament ratifikasiya edib, qanun qüvvəyə minib. Amma qanunun qüvvəyə minməsi hələ o demək deyil ki, Ermənistan asanlıqla Rusiyanın caynağından çıxaraq Avropa məkanına inteqrasiya edə bilər.

Hər şeydən əvvəl Ermənistan bunun üçün Aİ standartlarına uyğun gəlməlidir. İlk növbədə o, qonşuları ilə normal münasibət qurmalı, düşmənçiliyə son qoymalıdır. Aİ heç vaxt problemli ölkəni sıralarına qəbul etmir.

Ümumiyyətlə, Ermənistan ücün bu bir qədər çətin proses olacaq, bəlkə də mümkun olmayacaq.

Çünki Rusiyanın Ermənistanda varlığı hərtərəflidir. Belə bir şəraitdə Paşinyanın ölkəni Avropa Birliyinə aparmaq cəhdi Don Kixotun yel dəyirmanı ilə döyüşməsi kimi mənasız bir cəhd təsiri bağışlayır. Çünki ölkə iqtisadi baxımdan başdan-başa Rusiya şirkətlərinin inhisarındadır.

Üstəgəl, Ermənistanın xarici ticarəti də əsasən Rusiyanın nəzarətindədir. Ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 30,15 milyard dollar təşkil edib ki, onun 12,4 milyard dolları Rusiyanın, 12,8 milyard dolları isə Rusiyanın dostu olan digər MDB dövlətlərinin payına düşür. Yəni 30 milyard dollarlıq xarici ticarət dövriyyəsinin 25 milyarddan çoxu birbaşa və dolayısı ilə Rusiyanın nəzarətindədir.

Bundan əlavə, Ermənistan sərhədlərini hələ də rus sərhədçiləri qoruyur. Yalnız İranla sərhəd-keçid məntəqəsi ruslardan geri alınıb. Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bu bazada beş mindən çox yüksək döyüş hazırlığına malik hərbi kontingent var. Bir necə ilə əvvəl Ermənistan ərazisində Rusiya Müdafiə Nazirliyi üfüqarxası görüntüyə malik radar sistemi quraşdırıb və orada da yüksək döyüş hazırlığına malik hərbi kontingent saxlayır. Bütün bunlarla yanaşı, Ermənistanın strateji əhəmiyyətə malik olan Metsamor AES-ini rus mütəxəssislər idarə edir. AES-in təhlükəsizliyinin təminatı adı altında orada da bir qrup Rusiya hərbiçisi yerləşdirilib. Bütün bunlari göz altına alaraq Putin Ermənistanın bütün şıltaqlığını yüngül təbəssümlə qarşılayır. Hazırda Ermənistan Rusiyanın əlində pişiyin ovladığı, lakin hələ öldürmədiyi - oynatdığı siçanı xatırladır.

Amma bütün bunlarla yanaşı, erməni cəmiyyəti hələ də Paşinyan komandasını dəstəkləyir, əksəriyyət Rusiyameyilli müxalifətə nifrət edir. Əslində rusyali səfir məhz bunu diqqətə çatdırmaq istəyir ki, erməni cəmiyyəti ağıllı, müdrik olmalıdır, onların kimi dəstəkləməsindən asılı olmayaraq, ölkənin bizim əlimizdə olduğunu dərk etməlidir. Sergey Kopırkin erməni müxbirin üzünə gülə-gülə erməni icmasını (ermənilər hələ xalq deyil - A.N.) təhqir edərək, onları müdrik olmağa, ağıllarını başlarına yığıb, vəziyyətlərini dərk etməyə çağırır. Bu həm də bir siqnaldır ki, ermənilər reallıq hissini itirib. Səfir sətiraltı olaraq deyir ki, çaşmayın, sizi boğarıq! Bu reallıqdır, Rusiya 3 ildir ki, Ukraynanını darmadağın edir, torpaqlarının 20 faizini işğal və ilhaq edib, hələ də davam edir. Avropa Ukraynanın da müttəfiqidir, bu Rusiyanın qarşısını ala bildimi?

Erməni mediasının bəh-bəhlə dərc etdiyi bu müsahibə əslində ermənilərin rus səfiri tərəfindən təhqir olunmasını ifadə edir.

Akif NƏSİRLİ

Избранный
0
baki-xeber.com

1Источники