Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şəki, 5 may, AZƏRTAC
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəkinin Oraban kəndindən keçən hissəsində avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki rayon sakini 31 yaşlı Nicat Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, rayon sakini 26 yaşlı Pərvanə Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxansına çatdırılıb. Hazırda müaIicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.