RU

Tanınmış professor Avropada ali mükafata layiq görülüb » AzadMedia.az



Azərbaycan Tibb Universitetinin professoru, tanınmış plastik-rekonstruktiv cərrah, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru Vaqif Qələndər həmin akademiyanın təqdimatı əsasında bu günlərdə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Azadmedia.az xəbər verir ki, o, dünya tibb elminə verdiyi nəzəri və elmi-təcrübi töhfələrinə görə, bu akademiyanın ali mükafatı olan Avropa Şərəf Ordeni ilə təltif edilib. Qeyd edək ki, professor V.Qələndər bu mükafata layiq görülmüş ilk azərbaycanlı həkimdir.

Məlumat üçün bildirək ki, bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olan V.Qələndərin 6 yeni cərrahiyyə metodu, həmçinin 78 elmi əsəri bir sıra xarici ölkə jurnallarında və beynəlxalq konfrans materiallarında nəşr edilib. ABŞ-ın Florida Universitetindən Rui Fernandesin müəllifi olduğu “Local and Regional Flaps in Head Neck Reconstruction” dərsliyində professorun “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu “Vaqif Qələndər metodikası” kimi yer alıb və tədris olunur. O həm də Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə Konfederasiyasının idarə heyətinin üzvü, həmçinin Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosiasiyasının milli katibidir.
Избранный
0
1
azadmedia.az

2Источники