RU

Mühacirətdə “Arsax hökuməti” qurulur - biz niyə Qərbi Azərbaycan hökuməti qurmayaq?!..


Faiq Ələkbərli: “Qərbi Azərbaycan İcması mühacir hökuməti yaratmalıdır və bunu bütün dünyaya bəyan etməlidir”

Samvel Şahramanyan elan etmişdi ki, qondarma qurum 2024-cü il yanvarın 1-dən özünü buraxacaq. Hətta o, yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” da imzalamışdı.

Lokal xarakterli antiterror tədbirlərindən sonra Şahramanyan belə rəy yaratmışdı ki, onlarqondarma “Arsax respublikasının” fəaliyyətini davam etdirmək fikrində deyillər. Ancaq ayaqları Ermənistana dəyən kimi nəinki bu çürük və artıq tarixə gömülmüş məsələdən əl çəkmədilər, hətta qondarma “parlamenti” də saxladılar, “prezident” də qaldı, indi də yeni “prezident” seçkiləri barədə danışırlar.

Erməni mediası yazır ki, “Arsax deputatları” “prezident” seçkisinə (?) hazırlaşır.

“Deputatlar” deyiblər ki, “mühacirətdə” olsa da, “dövlət institutları” fəaliyyətini davam etdirməlidir (?). Onlar “Arsax prezidenti” vəzifəsini qoruyub saxlamaqda israrlı olduqlarını deyiblər. Yəni bunlar hələ də öz xəstə addımlarını davam edirib “mühacirətdə olan dövlət, hökumət” rəyi yaratmağa çalışırlar ki, guya “Arsax mühacirətdədir” və onlar yeni “prezident” seçməlidirlər.

Ermənilərin bu qondarma və uydurmahərəkətinə qarşı Qərbi Azərbaycan İcması mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradıldığını elan edə bilərmi?

“Bizim buna haqqımız daha çoxdur, nəinki hansısa bir qondarma...”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağdan gedən ermənilərin bu gün də öz oyunlarını davam etdirməsi, hansısa mühacirətdən danışması absurddur. F.Ələkbərli qeyd etdi ki, artıq belə bir qondarma rejim yoxdur və o, tarix səhnəsindən silinib: “Məlumdur ki, qondarma "Arsax" adlı “dövlət” yaratmaq istəyirdilər, onu da yarada bilmədilər. O xəstə ideyanın reallaşması da mümkünsüz idi. Bu separatçı rejim tarix səhnəsindən silindi və onu “dirilitmək” mümkün deyil.

Çox təəssüflər olsun ki, baş verənlərdən nəticə çıxarıb reallıqlarla barışmaq əvəzinə, yenidən separatizmə meyl edirlər və hansısa “prezident” seçkiləri keçirməyə cəhd edirlər. Guya belə bir "dövlət” var və onlar bu “dövlətin” varlığını “mühacirətdə” qoruyub saxlayırlar(?). Onların bu separatçı cəhdlərinin hansısa nəticə verməsi mümkün deyil.

Qarabağ Azərbaycanın tarixi ərazisidir, ayrılmaz hissəsidir, o torpaqlar Azərbaycan torpaqlarıdır vəqədim dövrdən Azərbaycan türklərinə məxsus olub, olmaqda da davam edir. Sadəcə, illər əvvəl torpaqlarımız işğal edildi və Azərbaycan türkləri öz ata yurdlarından didərgin salındılar. İndi vəziyyət dəyişib.

Şahramanyan Azərbaycandan gedəndə vəd vermişdi ki, separatçılığa tamamilə son qoyacaq. Amma gördüyünüz kimi, bunlar yenə də oyun oynamaqda davam edirlər”.

F.Ələkbərli bildirdi ki, onların göstərdiyi bu cəhdlər heç bir nəticə vermir və verməyəcək də. “Torpaqlarımız azad edilib və belə bir dövrdə yenidən hansısa qanunsuz hərəkətlərin edilməsinin heç bir anlamı yoxdur. Əslində bu, sadəcə olaraq başqa hesablarla ortaya atılan məsələlərdir. Burda hansısa qondarma qurumla bağlı müəyyən gedişlər edilir və kimlərsə öz maraqlarını həyata keçirmək istəyir.

Ancaq onu da yaxşı başa düşürlər ki, ölmüş, məhv olmuş qondarma "Arsax"ın bir daha dirilməsi mümkün deyil.

Ermənilərin ortaya atdığı qondarma “mühacir hökumət” məsələsinə Azərbaycan sərt və alternativ mövqe göstərməlidir.

Bu şəraitdə Qərbi Azərbaycan İcmasının mövcudluğunu bütün dünya tanıyıb qəbul etməlidir. Eyni zamanda, qondarma "Artsaxın" tamamilə puç olduğu bir dövrdə “mühacirətdə seçkilər” iddiası ortaya çıxırsa biz də alternativ addımlar atmalıyıq. Şübhəsiz ki, Qərbi Azərbaycan İcmasınınmühacir Qərbi Azərbaycan hökuməti yaradıb elan etməsi tam məntiqlidir və mümkündür. Qərbi Azərbaycan İcması mühacir hökuməti yaratmalıdır və bunu bütün dünyaya bəyan etməlidir. Qərbi Zəngəzuru, digər Azərbaycan torpaqlarını əhatə edən belə bir mühacir hökumətinin yaradılması ortaya qoyulmalıdır. Bizim buna haqqımız daha çoxdur, nəinki hansısa bir qondarma “Arsaxın”. Onların yenidən uydurma prezident seçkisi keçirməsi, yaxud kimlərinsə orda özünü "prezident" elan etməsi tamamilə məntiqsizdir. Mənə elə gəlir ki, biz artıq bu məsələlərdə daha fəal olmalıyıq, öz mövqeyimizi daha real şəkildə ortaya qoymalıyıq. Gələcəkdə hansısa qondarma "Artsax" deyil, Qərbi Azərbaycan mühacirət hökuməti qurula və formalaşa bilər. Biz bu hökumətin yarandığını elan edə bilərik. Qondarma “Artsaxın” varlığını yaşatmağa cəhd edənlərbizi buna sövq edirlər ki, biz haqqımız olan addımı ataq. Bizim haqqımız olanları kimlərəsə vermək olmaz. Onların addımları absurddur. Bir qrup erməninin öz varlığını davam etdirməsi absurddur. Qərbi Azərbaycanda minillər boyu Azərbaycan türkləri yaşayıb, bu gün orda yaşamasalar da, təbliğatını genişləndirmək və haqlarını təmin etməliyik”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Избранный
0
baki-xeber.com

1Источники