Qulu Sübhü Nuri 1907-1947-ci ildə indiki İranda anadan olub. Əsil kökü Azərbaycanın Gəncə şəhərindədir. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordusunda, Marağa qarnizonunun polkovniki olub. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra İran vətəndaşlarının böyük hissəsi buranı tərk edərək İrana geri qayıdıb. Bunlar içərisində böyük alim Lüfti-Zadənin atası,Bakıda kibrit ticarəti ilə məşğul olan Rəhim Ələsgərzadə və Qulu Sübhü Nurinin atasının ailəsi də olub.
Rəhim Ələsgərzadə Tehrana geri dönüb, Qulu Sübhü Nurinin ailəsi isə Marağa şəhərinə köçüblər.
Milli Ordunun polkovniki olaraq Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsində fəal iştirak edən Qulu Sübhi 1945-ci il, noyabrın 20-dən dekabrın 14-nə qədər Marağa nahiyəsinə daxil olan Miyandoabı nəzarət altına almışdır.
O, 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin vəkili də seçilib.
1946-cı ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökuməti İran şahlıq rejimi tərəfindən devrildi, şah qoşunları Azərbaycan işğal edilər. 20 min nəfərdən çox adam ya dar ağacına çəkildi, ya da güllələndi.
Bunlar içərisində polkovnik Qulu Sübhi Nuri də var idi.
Onu dar ağacından asılması səhnəsi barədə yazılır ki, ipi boğazından asan əsgərə bir anlıq qayanmağı xahiş edərək bu sözləri deyir “Bu bərbad bina uzun müddət dayanmayacaq. Belə qanlı idarəçilik üsulları əbədi davam edə bilməz.”
Ona söz demək haqqı verən əsgərə qəzəblənən İran zabiti dərhal onun ayağının altındakı kətili vurur. Boğazında ip bir anlıq salanan Qulu Sübhinin nəfəsi kəsilir, lakin ip qırılır və o üzü-üstə yıxılır. Bunu bir anlıq şans hesab edən polkovnik:
“Cəlladlar! İndi sözlərimə inanırsınızmı?! Dar ağacınızdakı ip də çürükdür. Vətən, sən mənim Anamsan.
Əbədi yaşa, Azərbaycan …” deyir.
Lakin onu əsgərlər qaldırır və yenidən asırlar. Son nəfəsində “Azərbaycan” deyərək canın tapşırır.
Deyilənə görə polkvonik məhşur müğənni Ququşun babasıdır.
Foto https://azerbaycan-ruznamesi.org/ saytından əldə edilib.
Dr.Zaur Əliyev