Fevral ayından etibarən Çeçenistan lideri Ramzan Kadırovun səhhəti ağırlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Novaya Qazeta” nəşri yazıb.
Nəşrin bildirdiyinə görə, Kadırov müntəzəm olaraq həkimlərin nəzarəti altındadır:
“Çeçenistan liderinin ictimai fəaliyyəti də sosial şəbəkələrlə məhdudlaşıb. O, nümayəndəlik funksiyalarını hökumət başçısı Maqomed Daudova verib. Kadırov bir sıra mühüm tədbirlərdə, o cümlədən Çeçenistanın Konstitusiya Günü və Ramazan bayramı münasibətilə təşkil olunan mərasimlərdə də iştirak etməyib”, - mənbə yazıb.
“Novaya Qazeta”nın iddiasına görə, Çeçenistan lideri öz vəzifəsini oğlu Adəm Kadırova ötürməyə çalışır:
“Hazırda Kadırovun əsas planı ailəsinin təhlükəsizlik qüvvələrinə, biznes aktivlərinə nəzarətini saxlamaq və uşaqları üçün Putindən zəmanət almaqdır. Çünki bu zəmanətlər olmadan planı reallaşdırmaq mümkün deyil”.
Xatırladaq ki, hələ 2023-cü ildə Ukrayna Baş Kəşfiyyat İdarəsi, Kadırovun böyrək problemi səbəbindən ağır vəziyyətdə olduğunu bildirmişdi.
Bizim.Media