RU

Baş nazirə tüstü bombası atılıb

Polşanın baş naziri Donald Tuskun Hollandiyada bu ölkənin baş naziri Dik Şofla birlikdə iştirak etdiyi anım tədbirləri zamanı üzərinə tüstü bombası atılıb. Bu barədə RMF 2 4 yazıb.

Hadisə mayın 5-də günorta saatlarında Hollandiyanın nasist işğalından azad edilməsinə həsr olunmuş anım tədbirləri zamanı baş verib.

 Məqalədə qeyd olunur ki, Tusk və Schoof xatirə məşəlini yandırmalı idilər.

İzdihamdan kimsə Polşa və Hollandiya baş nazirlərinin yerləşdiyi səhnəyə tüstü bombası atıb. O, Tuskun ayaqları altına düşüb.

RMF 24 yazır ki, hadisə Polşanın baş nazirinə qarşı yönəlməyib, lakin o, qısa müddətə səhnədən çıxarılıb.

Gülnar

Избранный
0
anews.az

1Источники