RU

Aleksandr Vuçiç və Robert Fitsonun səhhəti ilə bağlı son durum açıqlanıb

Hər iki dövlət adamının hazırda vəziyyətlərinin yaxşı olduğu açıqlanıb.

Slovakiyanın Baş naziri Robert Fitso və Serbiyanın Prezidenti Aleksandr Vuçiçin sağlamlıq vəziyyətləri ilə bağlı son məlumatlar açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Serbiyanın keçmiş Baş naziri Miloş Vuçeviç bildirib ki, xəstəliyi səbəbindən ABŞ-yə səfərini yarıda dayandıran Serbiya Prezidenti Aleksandr Vuçiç hazırda özünü yaxşı hiss edir və tezliklə vəzifəsinə qayıdacaq.

Bundan başqa, Slovakiyanın Baş naziri Robert Fitsonun bir neçə gündür sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin baş nazir bu gün jurnalistlərə açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib.

Robert Fitso sosial jurnalistləri səhər məşqinə qatılmağa dəvət edib.

 

Избранный
0
operativmedia.az

1Источники