RU

Xaçmazda bir ailənin düşdüyü ağır qəzanın FOTOLARI

Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə paylaşım edib.

BDYPİ rəsmisi səfərə çıxan sürücülərə müraciət edib: 

“Xaçmazda ailəsi ilə birgə səfərdə olan sürücü idarəetməni itirib, avtomobil aşıb. Sürücü hadisə yerində həyatını itirib. Azyaşlı övladı, qaynanası və qayınatası ağır xəsarətlərlə xəstəxanadadır. Bu, bir statistika yox, bir ailənin faciəsidir.

"Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir:

-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz.

-Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın.

-Sürətə yox, təhlükəsizliyə üstünlük verin.

-Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir.

Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi.

Sizin ailəniz növbəti olmasın! 


Bizim.Media

Избранный
0
bizim.media

1Источники