RU

İmmiqrasiya qanunlarından yan keçməyə çalışan tərcüməçi HƏBS OLUNDU – VİDEO

Özbəkistandan olan tərcüməçi immiqrasiya qanunlarından yan keçməyə çalışıb və 2 il həbs cəzası alıb

İnterpress.az xəbər verir ki, bu barədə FTX-nin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Sankt-Peterburqun Petrodvorets Rayon Məhkəməsi Özbəkistan vətəndaşı, məhkəmə tərcüməçisi Farruxbek Ş.-ni iki il müddətinə azadlıqdan məhrum edib.

Kronştadt rayonunda işləyərkən o, bir neçə əcnəbinin immiqrasiya qanunlarını pozduqlarına görə saxlanmasından xəbər tutub və polis əməkdaşına rüşvətin verilməsində vasitəçi kimi çıxış etməyi təklif edib.

Tərcüməçi hər bir obyekt üçün podratçı təşkilatın direktorundan 300 min rubl (təxm. 6 350 man)  tələb edib – 50 mini (təxm. 1 000 man) özü üçün saxlayıb, qalanı isə guya polis işçisi üçün nəzərdə tutulub.

Həmin şəxs pulu təhvil verərkən saxlanılıb.

Məhkəmə onu 2 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib və tərcüməçi işləməsinə qadağa qoyub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
0
1
interpress.az

2Источники