RU

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır — FOTO

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır

Demokrat.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. Beləliklə 9 gün ərzində biri-birindən maraqlı tədbirlər bizi gözləyir. 

Layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın zəngin proqramı haqqında danışıb:

“Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsret proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.”
 
Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək.
Xəyal Rza bildirib ki, festivalın təntənəli açılış mərasimi 24 may, saat 12-də baş tutacaq və açılışa hər kəs dəvətlidir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Избранный
0
3
demokrat.az

4Источники