RU

Kartdan karta üsulu ilə işləyən sahibkarlar cəzalandırılıb

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatı vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini bərpa edib. 

Ölkə.az bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericliyin pozulması faktları aşkarlanıb. Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Nəsirov Fariz Ağasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonu Hüseyn Cavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə görə, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.  Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

seeBu mövzuda digər xəbərlər:

Kartdan karta üsulu ilə işləyən daha 170 sahibkar cəzalandırılıb

15 Noyabr 2024 14:42

Kartdan karta üsulu ilə işləyən daha 467 sahibkar cəzalandırılıb

12 Dekabr 2024 15:36

Kartdan karta üsulu ilə işləyən 314 sahibkar cərimələnib

28 Noyabr 2024 15:59

Kartdan karta üsulu ilə işləyən daha 170 sahibkar CƏRİMƏLƏNDİ

15 Noyabr 2024 17:42

Избранный
0
14
icma.az

10Источники