Aktual.az yenisabah-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən daxil olan rəsmi cavabda qeyd olunub ki, polkovnik Vüqar Yusifovun adı dərsliklərdən çıxarılmayıb.
Qurumun açıqlamasında deyilir:
"Bildiririk ki, "Azərbaycan tarixi 5” dərsliyindən Vüqar Yusifovun adı çıxarılmamış, sadəcə olaraq həmin dərsliyin istifadə müddəti 2024-cü ildə başa çatmışdır. Hazırda ölkəmizin ümumi təhsil müəssisələrində tədris olunan "Zəfər tarixi” dərs vəsaitində isə Vüqar Yusifov və onun döyüş yoldaşlarının düşmənə sarsıdıcı zərbələr endirməsi, eləcə də strateji əhəmiyyətli ərazilərimizi işğaldan azad etməsi ilə bağlı ətraflı məlumatlar yer alır”.
Beləliklə, Elm və Təhsil Nazirliyi şəhid polkovnikin adının dərsliklərdən çıxarılması ilə bağlı yayılan iddiaları təkzib edib və onun qəhrəmanlığına tədris materiallarında layiqincə yer verildiyini vurğulayıb.