RU

Yol polisi piyadalara çağırış etdiVİDEO

“2025-ci ilin 3 ayı ərzində piyadaların iştirakı ilə bağlı 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 60 nəfər həyatını itirib, 75 nəfər isə xəsarət alıb”.

Bunu “Xəzər Xəbər”ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.

“Təəssüflə qeyd etmək istərdim ki, bu gün piyadalar piyada zolağından keçərkən diqqəti yayındıran hərəkətlərdən istifadə edirlər. Mobil telefondan, qulaqlıqdan istifadə yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır”, - Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, piyadalar onlar üçün nəzərdə tutulan yerlərdən - piyada zolaqlarından, yerüstü və yeraltı keçidlərdən istifadə etməlidirlər ki, mənzil başına təhlükəsiz çata bilsinlər.  

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Избранный
0
xezerxeber.az

1Источники