RU

Limandakı partlayışa görə İranın itkisi ən azı 3-5 milyard dollardır


İran Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 3 milyard dollardan 5 milyard dollara qədər itirib.
Yeniavaz.com
İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr məlumat verib.
Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrini aradan qaldırmağa ümid edir.
Qeyd edək ki, aprelin 26-da İranın ən böyük limanlarından biri olan Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində rəsmi məlumatlara görə 70-ə yaxın insan ölüb, 1200-ə yaxın insan yaralanıb.
Bəzi media orqanları partlayışın bərk raket yanacağında istifadə edilən natrium perxlorat maddəsinin düzgün saxlanmaması ilə bağlı baş verdiyini iddia etsə də, İran rəsmiləri bu məlumatları təkzib edir.
Избранный
0
yeniavaz.com

1Источники