RU

Mahaçqalada üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - YENİLƏNİB

Dağıstan DİN əməkdaşları Mahaçqalada DYP naryadına hücum edən iki nəfəri öldürülüblər.
 
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-dən bildirilib.
 
Bundan əlavə, yerli Səhiyyə Nazirliyinin mətbuat xidməti atışma zamanı 17 yaşlı bir qızın xəsarət aldığını bildirib.
 
Mahaçqaladakı Respublika Xəstəxanasından TASS-a bildirilib ki, atışmadan sonra üç nəfər xəstəxanaya yerləşdirilib.
 
16:25
Mahaçqalada sürücü avtomobili saxlamağa çalışan DİN əməkdaşlarına atəş açıb.
 
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan başçısı Sergey Melikov bildirib.
 
Onun sözlərinə görə, hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
 
"Mahaçqala sakinlərindən və paytaxtın qonaqlarından sakitliyi və elementar təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirəm", - deyə o qeyd edib.
 
Dağıstan DİN-i polis əməkdaşlarının ölüm faktını təsdiqləyib.
 
"Bu gün təxminən saat 14:20-də Mahaçqala şəhərində naməlum şəxslər Dağıstan Respublikası DİN-in DYP naryadına hücum ediblər. İlkin məlumata görə, hücum nəticəsində üç polis əməkdaşı həlak olub", - qurumun məlumatında deyilir.
 
16:04
Mahaçqalada (Dağıstan) hücum zamanı üç polis əməkdaşı həlak olub.
 
“Report” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
 
Bildirilib ki, yol-patrul xidmətinin ekipajına silahlı iki naməlum şəxs hücum edib.
 
Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, digəri qaçıb. Onların ələ keçirilməsi istiqamətində əməliyyat keçirilir.
 
Bəzi məlumatlara görə, 12 yaşlı qız da yaralanıb.
Избранный
0
3
moderator.az

4Источники