RU

Azərbaycanda rəqəmsal texnologiyaların inkişafında VACİB ADDIMVİDEO

Azərbaycanın texnoloji suverenliyə nail olması bir çox sahədə strateji üstünlüklər qazandırır.

Xezerxeber.az-ın xəbərinə görə, innovasiyalar üzrə ekspert Elşən Musayev deyir ki, texnoloji suverenlik bir ölkənin və ya ictimai qurumun xarici texnologiyalardan asılı olmadan öz texnoloji sistemlərini inkişaf etdirməsi, idarə etməsi və qoruması qabiliyyətidir. Məhz bu baxımdan bu sahənin inkişaf etdirilməsi vacibdir.

Ekspert deyir ki, bu anlayış, xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, məlumatların saxlanması və strateji sənaye sahələrində əhəmiyyətlidir.

Texnoloji suverenliyin əsas məqsədi isə milli təhlükəsizliyi qorumaqdır. Bu baxımdan da Azərbaycanın texnoloji suverenliyə nail olması və bunu inkişaf etdirməsi mühüm əhəmiyyət kəsb edir",-deyə ekspert vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
0
xezerxeber.az

1Источники