RU

Ev telefonları tarixə qovuşacaq, yoxsa…? – MÜHÜM AÇIQLAMA

“Ev telefonları (stasionar) gündən-günə aktuallığını itirir. Lakin bu texnologiya tamamilə həyatımızdan çıxmayacaq. Stasionar telefonlar yalnız evlərdə deyil, həm də iş yerlərində və dövlət qurumlarında hələ də istifadə olunur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov səsləndirib:

Elektromobillərin

“Bu texnologiyanın funksiyası zamanla dəyişib. Əvvəllər simli xətlərdən istifadə olunurdusa, indi daha müasir stasionar telefonlar mövcuddur. Televiziya və digər rabitə sistemləri kimi, bu cihazlar da fiberoptik infrastruktur üzərindən işləyir. Bu, da o deməkdir ki, internet olan istənilən yerdə stasionar telefondan istifadə mümkündür”.

Elvin Abbasov qeyd edir ki, dövlət qurumlarında stasionar telefonların hələ də aktuallığını qoruyur.

“Çünki bu telefonlar vasitəsilə həmin qurumun əməkdaşının yerində olub-olmadığını müəyyənləşdirmək daha asandır. Amma geniş ictimaiyyət arasında stasionar telefonlar artıq öz yerini internet texnologiyalarına, mobil tətbiqlərə və anlıq mesajlaşma xidmətlərinə verib”

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники