“Volfsubrq”un 57 yaşlı avstriyalı baş məşqçisi Ralf Hazenhüttl “canavarlar”ın sükanı arxasından erkən surətdə istefaya göndərilib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
İstefaya səbəb, “Volfsburq”un, Almaniya Bundesliqasının 32-ci turunda Dortmund “Borussiya”sına 0:4 hesablı səfər məğlubiyyəti olub.
Üstəlik, Hazenhüttlün bütün məşqçi qərargahı istefaya göndərilib.
Əlavə edək ki, “canavarlar” Bundesliqannı son 8 oyununda bir qələbə belə, qazana bilməyiblər.
“Volfsburq”un sükanı müvəqqəti olaraq, “canavarlar”ın U-19 komandasının baş məşqçisi, alman mütəxəssis Daniel Bauerə həvalə edilib.
Ralf Hazenhüttl “Volfsubrq”a 2024-cü ilin mart ayında təyinat almışdı.
Bu müddət ərzində Hazenhüttl “canavarlar”ı 44 oyuna çıxarıb, 17 qələbə, 9 heç-heçə, 18 məğlubiyyət yaşayıb. Top fərqi isə 68:65 nisbətindədir.
32 oyundan 39 xalla “Volfsburq” Almaniya Bundesliqasının yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.