RU

Aİ Ukraynaya hərbi dəstəyi ikiqat artıra bilər – Kubilyus – ÖZƏL

Əgər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini müharibəni tez bir zamanda bitirməyə razı sala bilməzsə Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi dəstəyi əhəmiyyətli dərəcədə artıra bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bəyan edib.

Onun sözlərinə görə, indiyədək Aİ və ABŞ Ukraynaya ildə təxminən 40 milyard avro dəyərində hərbi yardım göstəriblər. Lakin bu vəsait daha səmərəli istifadə edilə bilər - yəni həmin məbləğə daha ucuz silahlar birbaşa Ukrayna istehsalçılarından alınarsa, Ukraynanın əldə etdiyi silah həcmi faktiki olaraq ikiqat arta bilər. "Bu, dəstəyimizin real dəyərini 80 milyard avroya yüksəldərdi", - deyə Kubilyus sosial şəbəkədə bildirib.

Komissar əlavə edib ki, Aİ-nin Ukraynaya yardım üçün artıq yeni maliyyə aləti var - müdafiə kreditləri. Onların hesabına Kiyev üçün silah alışları maliyyələşdirilə bilər. "Bu, 'Güc yolu ilə sülh' formulunun praktikada necə işləyə biləcəyini göstərir. Kreditlər - bu Ukrayna üçün gücdür!" - deyə o qeyd edib.

Avropa Komissiyasının bu il qəbul etdiyi genişmiqyaslı təchizat planı çərçivəsində 150 milyard avro həcmində müdafiə kreditlərinin ayrılması nəzərdə tutulur. Bu vəsaitlə Aİ ölkələri birgə silah alışlarını və istehsalını sürətləndirə, həmçinin Ukraynada silah istehsalına sərmayə qoya və ya yerli şirkətlərlə əməkdaşlıq edə bilərlər. Bu, Ukraynanın müdafiə sənayesinin Avropa ilə inteqrasiyasına yol açacaq, deyə Aİ Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Washington Post nəşrinin məlumatına görə, Avropa rəsmiləri silah ehtiyatlarının tükənməsi səbəbilə birbaşa silah tədarükü əvəzinə Ukraynanın müdafiə sənayesinə investisiyanı daha səmərəli variant kimi görürlər. "Bu, uduzmaq mümkün olmayan bir modeldir. Bizim üçün daha ucuz başa gəlir, onlara isə istehsal vacibdir. Ukraynalılar bizə çox şey öyrədirlər", - deyə Avropa rəsmilərindən biri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники