RU

Fransa ABŞ-ın ən böyük alimlərini ələ keçirir

Fransa hökuməti ABŞ-da elmi tədqiqatların maliyyələşdirilməsinin kəsilməsi fonunda amerikalı alimlərin ölkəyə qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sorbon Universitetində Parisin bütün dünyadan alimləri AB-yə cəlb etmək üçün “Avropanı seçin” proqramında iştirakını şərh edərkən deyib.

“Dövlət əlavə olaraq 100 milyon avro ayıracaq. Avropa alimlər üçün sığınacağa çevrilməlidir. Məqsəd namizədlərin keyfiyyətini nəzərə alaraq lazım olan qədər tədqiqatçıya sahib olmaqdır. Doktorantlardan və kiçik professorlardan tutmuş Nobel mükafatçılarına qədər”, - o bildirib.

Избранный
0
axar.az

1Источники