RU

"Real"a ulduz axını -

"Real Madrid" Trent Alexander-Arnoldla razılıq əldə edəndən sonra daha bir futbolçu ilə maraqlanır. Metbuat.az xəbər verir ki, “Real” sol cinah müdafiəçisi mövqeyinə yeni futbolçu transfer etmək istəyir. Məlumata görə, “Real” “Milan”nın futbolçusu Teo Hernandesi transfer etmək istəyir. “Diario AS”ın məlumatına görə, bu mövsüm Ferland Mendinin tez-tez zədələnməsi və onu əvəzləyən Fran Qarsianın uğurlu oyun nümayiş etdirməməsi sol cinahda böyük problem yaradıb.

Qeyd edək ki, Teo Hernandesin "Milan"la müqaviləsi 2026-cı ildə yekunlaşır. 2017-2019-cu illərdə “Real Madrid”də çıxış edən fransalı sol cinah müdafiəçisi daha sonra “Real Sosyedad”a icarəyə verilib. Ardınca o, “Milan”a transfer olunub. Futbolçu “Milan”da uğurlu oyun nümayiş etdirib.

Избранный
0
metbuat.az

1Источники