RU

Moskvanın yaşayış binasında dəhşətli partlayış

Moskvanın

Moskvanın cənub-qərbində, General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü partlayış və ardınca yanğın baş verib. İnsident doqquzuncu mərtəbədə başlasa da, alov qısa zamanda yayılıb və iki mənzil tamamilə yanıb. Partlayışın gücü nəticəsində səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun yaranıb.Əməliyyat xidmətlərindən verilən ilkin məlumata görə, hadisə baş verən mənzil tamamilə dağılıb. Binanın girişindən sakinlərin təxliyəsi həyata keçirilir."SHOT" teleqram kanalının paylaşdığı məlumatda bildirilir ki, partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb, onların arasında uşaqlar da var. Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Hava Proqnozu 5 May 2025

Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Избранный
0
ulusum.az

1Источники