Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyətistiqamətləri müəyyənləşib.
Trend xəbərverir ki, bu barədə Prezident İlham Əliyevin 5 may tarixli Fərmanıilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi haqqında Əsasnamədə deyilir.
Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirməkvə Azərbaycan Respublikasını beynəlxalq münasibətlərdə təmsiletmək;
- Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini,ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, millitəhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri iləvə diplomatik üsullarla qorumaq və təmin etmək;
- Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalqtəşkilatlar arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığıinkişaf etdirmək;
- beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xaricisiyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstəkvermək;
- xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda AzərbaycanRespublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını vəqanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatiküsullarla müdafiə etmək;
- Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası vəəsas istiqamətləri üzrə təkliflər hazırlamaq və AzərbaycanRespublikasının Prezidentinə təqdim etmək;
- Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrəhəyata keçirilməsinin təmin edilməsi məqsədilə AzərbaycanRespublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələrsahəsində fəaliyyətini əlaqələndirmək;
- beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlikvəziyyətini, xarici dövlətlərin xarici və daxili siyasətini,beynəlxalq təşkilatların fəaliyyətini təhlil etmək və AzərbaycanRespublikasının digər dövlət orqanlarına (qurumlarına) müvafiqməlumatları və təklifləri təqdim etmək;
- Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik vəkonsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinihəyata keçirmək;
- xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyatakeçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;
- Azərbaycan Respublikasının dövlət protokolunun təminedilməsində iştirak etmək;
- konsul işini təşkil etmək və konsul funksiyalarını həyatakeçirmək;
- xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatikxidmət orqanlarında xidmət sahələrində normayaratma fəaliyyətinihəyata keçirmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyənedilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.