RU

Kane-in kubok həsrəti bitdi – Bayern Münhen ilə Bundesliqa çempionu

31 yaşında ilk böyük titulunu qazandı

Harry Kane, Bayern Münhen forması ilə peşəkar karyerasındakı ilk böyük çempionluğunu qazandı. İngiltərə millisində və Tottenham Hotspur-da çıxış etdiyi illərdə dəfələrlə final mərhələsində uğursuzluq yaşayan Kane, nəhayət Almaniya Bundesliqasının qalibi olaraq arzuladığı uğura çatdı.

Tribunainfo.az xəbər verir ki, ötən mövsüm Bayern Münhen-ə transfer olunan ulduz futbolçu bu mövsüm komandaya böyük töhfə verərək 24 qolla bombardirlər siyahısında zirvədə qərarlaşıb. İndidən Bundesliqanın ən vacib fiqurlarından biri kimi göstərilən Kane, ötən mövsüm də 36 qolla tarixə keçmişdi.

İlk dəfə kubok qazandı
Bayern Münhen-in tarixindəki 33-cü Bundesliqa çempionluğunda Harry Kane-in rolu danılmazdır. İndiyə qədər şəxsi nailiyyətləri ilə tanınan, lakin klub səviyyəsində böyük bir kubok qazana bilməyən ingilis hücumçu, nəhayət bu ləkədən qurtulmağı bacardı.

Daha bir kubok yolunda

Harry Kane-in mövsümü kubokla bitirmə ehtimalı bununla da bitmir. İyunda ABŞ-da keçiriləcək FIFA Klub Dünya Kubokunda Bayern Münhen-in ən güclü silahlarından biri də məhz o olacaq. Karyerası boyunca “kubok qazana bilməyən ulduz” kimi damğalanan Kane, bu uğurla öz üzərindəki yükü ataraq yeni bir dövrə qədəm qoydu.

İmran Kərimli

Избранный
0
tribunainfo.az

1Источники