RU

Tramp Putinlə razılığa gəlməsə... - Avropa "B" planını açıqladı

Ağ Ev rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə razılığa gələ bilməsə, Avropa İttifaqı Ukraynaya yardımı ikiqat artıracaq.

Publika.az "Sputnik Litva"ya istinadən xəbər verir ki, bu sözləri müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius deyib.

“Əgər Tramp Putini sülh bağlamağa inandırmasa, Ukraynaya hərbi dəstəyimizi əhəmiyyətli dərəcədə artırmaqla, biz sülh üçün daha inandırıcı iddia irəli sürə bilərik", - Kubilius deyib.

Avropa komissarının sözlərinə görə, Avropa Ukraynada istehsal olunan silahların alınması üçün də 40 milyard avro ayıra bilər.

Избранный
0
publika.az

1Источники