BAKI, 5 may. TELEQRAF
Naxçıvanda Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsi yaradılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi XİN-in əsasnamasındə əksini tapıb.
Qeyd olunur ki, Naxçıvanda idarənin yaradılması ilə bağlı irəli gələn məsələləri Nazirlər Kabineti həll etməlidir.