RU

Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi artıra bilər

ABŞ prezidenti Donald Tramp Vladimir Putini müharibəni tez bir zamanda dayandırmağa inandıra bilməsə, Aİ ölkələri Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artıra bilər.

Herbiand.az xəbər verir ki, bunu Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Aİ və ABŞ indiyədək Kiyevə ildə təxminən 40 milyard avro dəyərində hərbi yardım edib, lakin bu vəsait birbaşa Ukrayna istehsalçılarından daha ucuz silahlar almaqla daha səmərəli istifadə oluna bilər. "Bu, Ukraynanın eyni 40 milyard avroya aldığı silahların həcmini faktiki olaraq iki dəfə artıracaq. Bizim dəstəyimizin real dəyəri 80 milyard avroya qədər artacaq".

Избранный
0
herbiand.az

1Источники