RU

Xarakterimiz yatdığımız tərəfi SEÇİRMİŞ

İnsanların yatmaq üçün seçdikləri tərəf yalnız rahat bir gecə keçirməyə kömək etmir, həm də onların xarakteri və həyat tərzi haqqında ipucları verir.

News24.az xəbər verir ki, YourTango platformasında yayımlanan araşdırmaya görə, yataqda hansı tərəfdə yatdığınız əhvalınızdan gəlir səviyyənizə qədər bir çox xüsusiyyətinizi əks etdirir. 

Sol tərəfdə yatmaq – Optimistlik və yaradıcılıq

Hope Bastin-in araşdırmasına görə, yatağın sol tərəfində yatanlar daha xoşbəxt, özünə güvənən və çətin anlarda sakit qalmağı bacaran insanlardır.

Pozitiv yanaşmaları, iş həyatında çətinliklərə qarşı daha dözümlü olmalarını təmin edir. 2012-ci ildə Premier Inn otel zənciri tərəfindən aparılan 3.000 nəfərlik sorğuda sol tərəfdə yatanların 25%-dən çoxu ümumilikdə həyata müsbət baxdıqlarını bildirib, 31%-i isə işindən zövq aldığını deyib.

Eyni zamanda bu insanlar yaradıcılığa meyilli və az narahatlıq hissi yaşayan şəxslərdir.

Sağ tərəfdə yatmaq – Realistlik və gəlir yönümlülük

Bastin, yatağın sağ tərəfində yatanların ayaqları yerə basan, praqmatik qərarlar verən və realist olduqlarını bildirir.

Bu qrupun daha yüksək gəlir əldə etmə meyli var, lakin işlərindən məmnunluq səviyyəsi sol tərəfdə yatanlara nisbətən daha aşağıdır.

Premier Inn anketi həmçinin, sağ tərəfdə yatanların öz işini qurma ehtimalının yüksək olduğunu göstərib.

Sealy adlı mebel istehsalçısının 2015-ci il tədqiqatına görə, sağ tərəfi seçənlər daha çox qapalı, gecələr fəal olmayan və şəraba üstünlük verən insanlardır.

Orta vəziyyətdə yatmaq – Balanslı və uyğun xarakter

Yataq satışçısı Zomanın fikrincə, yatağın tam ortasında yatanlar həyatın çətinliklərinə qarşı uyğunlaşan, balanslı və ətraflarında barışdırıcı kimi tanınan şəxslərdir.

Bu insanlar rutinlərə önəm verir, yaxın ətrafı tərəfindən problemləri həll edən və dəstək verən biri kimi tanınır.

Başqa bir brend olan Dreams-in məlumatına görə, ortada yatanlar eqoist deyillər və kömək istəyən hər kəsə yardım əli uzadırlar.


Məryəm İlhamqızı


Избранный
0
1
news24.az

2Источники