RU

Sosial şəbəkədə kiberdələduzluq edən 2 nəfər saxlanılıb - DİN

Bakıda sosial şəbəkə vasitəsilə kiberdələduzluq edən 2 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.

 

Onlar sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələ keçiriblər. 

 

Həmçinin bir daha vətəndaşlara tövsiyə olunub ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    
Bəsti Rəfizadə
Sfera.az

 

Избранный
0
38
sfera.az

10Источники